Bank Of Baku

Ukraynanın nəqliyyat və rabitə naziri istefa verib

Ukraynanın nəqliyyat və rabitə naziri istefa verib
# 17 iyun 2009 10:33 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın nəqliyyat və rabitə naziri İosif Vinski istefaya gedib. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, İ. Vinski yaydığı bəyanatda bildirib ki, istefa qərarı baş nazir Yuliya Timoşenko ilə aralarında olan ciddi fikir ayrılığı ilə bağlıdır. O, fikir ayrılığının siyasi, iqtisadi, kadr məsələləri, eləcə də Nazirlər Kabinetinin üzvləri arasındakı münasibətlərin etik tərəfləri ilə bağlı olduğunu açıqlayıb: “Bundan başqa, rəhbərlik etdiyim sahə üçün vacib olan islahatlar və Ukraynada 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı infrastrukturun inkişafına vəsait ayrılması da baş nazir tərəfindən əngəllənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR