Bank Of Baku

Rusiya hüquq-mühafizə orqanları Doku Umarovun sağ olduğu təsdiqləyiblər

Rusiya hüquq-mühafizə orqanları Doku Umarovun sağ olduğu təsdiqləyiblər
# 17 iyun 2009 14:15 (UTC +04:00)
Bakı-APA. Mayın 21-də İnquşetiyanın Sunjensk rayonunda məhv edilən terrorçular arasında Doku Umarov olmayıb. APA-nın məlumatına görə, cəsədlərin tanınması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tanınmamış İçkeriya prezidentinin cəsədinin burada olmadığı qənaətinə gəliblər. Qeyd edək ki, bundan əvvəl Çeçenistan prezidenti Ramzan Kadırov və Dövlət Dumasının deputatı Adam Delimxanov da “İçkeriya prezidenti”nin öldürülməsinə şübhə ilə yanaşdıqlarını bildirmişdilər. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, cəsədlərin ekspertizası hələ başa çatmasa da, artıq hər şey məlumdur: “Biz artıq cəsədlərin kimə məxsus olduğunu bilirik. Bunlar Doku Umarovun yaxın adamları və üzərində Azərbaycan pasportu tapılan şəxsdir. Doku Umarovun da belə bir sənədinin olduğu barədə məlumat vardı, amma öldürülən şəxslər arasında onun da olduğunu təsdiqləyən heç bir fakt yoxdur. Bizdə olan məlumata görə, Umarov sağdır”. Qeyd edək ki, 2006-2007-ci illərdə tanınmamış İçkeriya Respublikasının prezidenti olan Doku Umarovun öldürülməsinə dair indiyədək bir neçə dəfə məlumat verilsə də, bu məlumatlar son nəticədə təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR