Bank Of Baku

Moskvada uçmuş binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb

Moskvada uçmuş binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb
# 18 iyun 2009 07:39 (UTC +04:00)
Moskva-APA. Moskvanın mərkəzində uçmuş dördmərtəbəli evin dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb. APA-nın məlumatına görə, bununla da binanın dağıntıları altından çıxarılan cəsədlərin sayə üçə çatıb. Dünən axşam xilasedicilər daha iki nəfərin cəsədini tapıb çıxarmağa müvəffəq olmuşdular. Ümumilikdə hadisə zamanı binada doqquz nəfərin olduğu bildirilir. Onlardan üçü ağır vəziyyətdə xəstəxanaya aparılıb, üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Bəzi məlumatlara görə, binanın uçması zamanı dağıntılar altında qalan şəxslərin hamısı MDB ölkələrinin vətəndaşlarıdır. Rusiya Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərinin başa çatdırıldığını bəyan edib.

Qeyd edək ki, “Sadovniçeskaya naberejnaya” küçəsindəki dördmərtəbəli bina dünən Bakı vaxtı ilə 18.00 radələrində uçub. İlkin ehtimallara görə, hadisəyə səbəb binanın zirzəmisində aparılan icazəsiz təmir-genişləndirmə işləri olub. Faktla bağlı tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR