Bank Of Baku

Tacikistanın sabiq daxili işlər naziri intihar edib

Tacikistanın sabiq daxili işlər naziri intihar edib
# 18 iyun 2009 08:17 (UTC +04:00)
Bakı-APA. Tacikistanın sabiq daxili işlər naziri Məhəmmədnəzər Salihov dünən Düşənbədəki mənzilində özünü güllələyib. APA-nın “ASIA-Plus”a istinadən yaydığı məlumata görə, intiharın səbəbi məlum deyil. Bəzi məlumatlara görə, hadisədən bir neçə saat əvvəl Tacikistan Baş Prokurorluğu Salihovun həbsinə sanksiya verib. Qeyd edək ki, Məhəmmədnəzər Salihov yanvar ayında tutduğu vəzifədən azad olunub. İki il ölkənin daxili işlər naziri vəzifəsində çalışan Salihovun hansı səbəbdən istefa verdiyi məlum deyil. “Ferqana.ru” internet saytı istefaya Tacikistan hakimiyyəti daxilində gedən intriqaların səbəb olduğunu bildirirlər. Saytın versiyasına görə, prezident Emomali Rahmon daxili işlər nazirini əsas siyasi rəqibi saydığına görə, onun istefadan sonra ev dustağı edilməsinə göstəriş verib. Eyni zamanda iyunun 11-də Düşənbədə Məhəmmədnəzər Salihovun qardaşı Taqoynəzər Salihovun məhkəməsi başlayıb. O, qətl törətməkdə və qanunsuz silah saxlamaqda ittiham edilir. İttiham aktına görə, Taqoynəzər Salihov kefli vəziyyətdə “Kalaşnikov” avtomatından açdığı atəşlə qohumlarından birini qətlə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR