Bank Of Baku

“Rosneft”in vitse-prezidentinin girov götürülmüş oğlu azadlığa buraxılıb

“Rosneft”in vitse-prezidentinin girov götürülmüş oğlu azadlığa buraxılıb
# 18 iyun 2009 08:33 (UTC +04:00)
Moskva-APA. “Rosneft”in vitse-prezidenti Mixail Stavskinin aprelin 13-də oğurlanmış oğlu azadlığa buraxılıb. APA-nın məlumatına görə, oğlanın azadlığa buraxılması müqabilində pul ödənib-ödənmədiyi məlum deyil. Hüquq-mühafizə orqanları yalnız bu cinayətin törədilməsində iştirak edən şəxslərin siyahısının dəqiqləşdirildiyini bildiriblər. “Life.ru” saytının yazdığına görə, əməliyyat işçiləri Stavskinin saxlandığı mənzilin yerini müəyyənləşdirə biliblər. Cinayətkarlar artıq yaxalanacaqlarını anlayıb, Stavskini azadlığa buraxıblar. İki ay girovluqda qalan oğul Mixail Svatski özü evinə qayıdıb. Qeyd edək ki, “Rosneft”in vitse-prezidentinin oğlu aprelin 13-də Qubkin adına Neft-Qaz Universitetindən çıxan zaman oğurlanıb. Mətbuatın yazdığına görə, cinayətkarlar Mixail Svadskinin azadlığa buraxılması müqabilində valideynlərindən 50 milyon avro pul tələb ediblər. Qeyd edək ki, bundan əvvəl fevral ayında Mixail Svadskini oğurlamağa cəhd edilsə də, bu cəhd uğursuz nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR