Bank Of Baku

Belarus Rusiyaya süd məhsullarının ixracını bərpa edib

Belarus Rusiyaya süd məhsullarının ixracını bərpa edib
# 18 iyun 2009 10:08 (UTC +04:00)
Minsk-APA. Belarus Rusiyaya süd məhsullarının ixracını bərpa edib. APA-nın “BELTA”ya istinadən yaydığı məlumata görə, Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini Mixail Savelyeva artıq dünəndən etibarən Rusiyanın regionlarına süd məhsullarının göndərilməsinin bərpa edildiyini deyib. Dünən isə “Rospotrebnadzor”un rəhbəri Gennadi Onişenko Rusiya ilə Belarus arasında “süd müharibəsi”nin başa şaçtdığını bəyan etmişdi. O bildirib ki, tərəflər mübahisə doğuran bütün məsələlər ətrafında razılığa gəlməyə müvəffəq olublar. Qeyd edək ki, “Rospotrebnadzor” 2008-ci ilin sonunda Rusiyada südlə bağlı qəbul olunmuş texnoloji reqlamentlə əlaqədar idxal olunan süd məhsullarının sənədlərinin yenidən hazırlanacağını əsas gətirərək Belarusdan süd məhsullarının idxalına qadağa qoyub. Buna cavab olaraq Belarus Rusiya ilə sərhəddə gömrük nəzarətinin gücləndirilməsi barədə qərar qəbul edib, lakin bu qərar bir gün sonra – iyunun 17-də ləğv edilib. Rusiya mediası Belarusun bu addımına cavab olaraq Rusiyanın yeni “qaz müharibəsi”nə başlayacağını iddia edirlər. Dünən “Qazprom” “Beltransqaz”a məktub göndərərək mavi yanacağa görə yaranmış 231 milyon dollar borcun ödənməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR