Bank Of Baku

Rusiyadan sığınacaq istəmiş gürcü zabitin istintaqının mətni yayımlanacaq

Rusiyadan sığınacaq istəmiş gürcü zabitin istintaqının mətni yayımlanacaq
# 18 iyun 2009 16:05 (UTC +04:00)
Moskva-APA. Rusiya xüsusi xidmət orqanları ötən ay sərhədi keçərək Moskvadan siyasi sığınacaq istəyən Gürcüstan ordusunun leytenantı Alik Bjaniyanın istintaqının mətnini yayımlamağa hazırlaşır. APA-nın məlumatına görə, bu addım insidentlə bağlı bütün mümkün dezinformasiyaların yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilir.

Federal Miqrasiya Xidmətinin nümayəndələri Alik Bjaniyaya sığınacaq verilməsi barədə qərarın hələ qəbul olunmadığını bildiriblər. Bu gün səhər “Exo Moskvı” radiostansiyasında çıxış edən Alik Bjaniya Potidə sərhəd qoşunlarında xidmət keçdiyini bildirib. Mayın 23-də Abxaziyadakı Rusiya sərhəd qoşunlarının əməkdaşlarına təslim olan gürcü hərbçi Moskvaya aparılıb. Leytenant bildirib ki, siyasətlə məşğul olmur və gürcü müxalifəti ilə heç bir əlaqəsi yoxdur. O Rusiyadan sığınacaq istəməsinin səbəbini Moskva, Sankt-Peterburq və Krasnodar vilayətində çoxlu sayda qohumlarının və dostlarının olması ilə əlaqələndirib: “Mən Rusiyanı Gürcüstanın düşməni saymıram. Cənubi Osetiyada baş verən münaqişə Gürcüstan hökuməti və prezident Saakaşvilinin yanlış addımları ucbatından baş verib. Mən eyni zamanda Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasına qarşı çıxır və Rysiyanın bununla bağlı qərarını qınayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR