Bank Of Baku

Kommersant: “Rosneft”in vitse-prezidentinin oğlunu vəhhabilər qaçırıblar

Kommersant: “Rosneft”in vitse-prezidentinin oğlunu vəhhabilər qaçırıblar
# 19 iyun 2009 08:11 (UTC +04:00)
Moskva-APA. “Rosneft”in vitse-prezidentinin oğlu Mixail Stavskini vəhhabi təriqətinin üzvü olan çeçen və inquş silahlıları qaçırıb. APA-nın məlumatına görə, bu barədə “Kommersant”a etibarlı mənbələr məlumat verib. 17 yaşlı Mixail Stavski iki aylıq girovluq həyatından sonra dünən evə qayıdıb. “Vremya novostey” qəzeti girovun xüsusi əməliyyat nəticəsində azadlığa buraxıldığını yazır. Hüquq-mühafizə orqanları girovun saxlandığı evin yerini müəyyənləşdirərək içəri daxil olublar. Lakin evdə girovdan başqa heç kəs olmayıb. Rusiya Baş Prokurorluğu yanında İstintaq Komitəsi yalnız girovun azadlığa buraxıldığı və faktla bağlı Qroznı sakini olan 34 yaşlı qadının şübhəli şəxs qismində saxlandığı barədə məlumat yayıb. “Kommersant” saxlanan qadının cinayətin təşkilatçısının yaxın qohumu olduğunu bildirir. Qeyd edək ki, cinayətkarlar Mixail Stavskinin azadlığa buraxılması üçün 50 milyon avro pul tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR