Bank Of Baku

ABŞ-ın Gürcüstan səfiri postuna namizəd müəyyənləşib

ABŞ-ın Gürcüstan səfiri postuna namizəd müəyyənləşib
# 20 iyun 2009 07:51 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama Gürcüstana səfir postuna namizədləri irəli sürüb. APA-nın məlumatına görə, prezident ABŞ-ın Gürcüstandakı səfiri postuna Con Bassın namizədliyini irəli sürməyə qərar verib. Adı çəkilən şəxs 2008-ci ilin iyulundan İraqda Bağdadın bərpasına yardım göstərən hökumət qrupuna rəhbərlik edib. Con Bass bundan əvvəl ABŞ Dövlət Departamentində müxtəlif vəzifələrdə çalışıb, Rusiya və NATO ilə münasibətlər, Avropada adi silahların ixtisar edilməsi məsələləri ilə məşğul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR