Bank Of Baku

Rusiyanın Ukraynadakı səfəri vəzifəsinə keçmiş səhiyyə naziri Mixail Zurabovun təyin ediləcəyi gözlənilir

Rusiyanın Ukraynadakı səfəri vəzifəsinə keçmiş səhiyyə naziri Mixail Zurabovun təyin ediləcəyi gözlənilir
# 22 iyun 2009 09:08 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Ukraynadakı səfəri vəzifəsinə keçmiş səhiyyə naziri, hazırda prezidentin müşaviri olan Mixail Zurabov təyin ediləcək. APA-nın məlumatına görə, bunu “Kommersant” qəzeti yazıb. Kremlə yaxın mənbə bu xəbəri təsdiqləyərək təyinat barədə qərarın 3 ay əvvəl verildiyini deyib. M. Zurabov isə bu mövzuda danışmaqdan imtina edib.
Sabiq nazirin Kiyevə səfir göndəriləcəyi xəbəri XİN-də təəccüb, Dumada isə etiraza səbəb olub. Diplomatiya idarəsindən deyiblər ki, səfir təyinatı onların səlahiyyətinə aid məsələ deyil: “Amma Zurabovun təyinatı qəribədir”. Dumanın MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin isə bildirib ki, M. Zurabovun səfir göndərilməsi yanlışdır: “O, siyasi xadim yox, menecerdir. Üstəlik, qeyri-populyardır”. K. Zatulinin fikrincə, Ukraynadakı prezident seçkilərini nəzərə alaraq bu ölkəyə elə bir adam göndərilməlidir ki, fikrini və mövqeyini ifadə edə bilsin: “Çernomırdin bu tələblərə cavab vermirdi, Zurabov isə daha pisdir. Amerika və Polşanın səfirlikləri Kiyevdə fəal işlə məşğuldur. Bizim səfir ağzına su alsa, bu, hamı üçün anlaşılmaz olacaq. Zurabovun diplomatik təcrübəsi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR