Bank Of Baku

İnquşetiya prezidenti əməliyyat olunub və Moskvaya aparılır

İnquşetiya prezidenti əməliyyat olunub və Moskvaya aparılır
# 22 iyun 2009 10:56 (UTC +04:00)
Bakı – APA. Sui-qəsd nəticəsində yaralanmış Rusiya Federasiyasının İnquşetiya Respublikasının prezidenti Yunusbek Yevkurov əməliyyat olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Y. Yevkurovun mətbuat katibi Kaloy Axilqov prezidentin qaraciyərindən qəlpə yarası aldığını və bu nahiyəsindən əməliyyat olunduğunu deyib: “Həkimlər əməliyyatın uğurlu keçdiyini söylədilər. Onun durumu sabitdir”. Yaxın saatlarda Y. Yevkurov müalicə məqsədilə Moskvadakı klinikaların birinə aparılacaq.
Qeyd edək ki, sui-qəsdin baş verdiyi Nazran rayonu ərazisində antiterror əməliyyatı rejimi elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR