Bank Of Baku

Dövlət Dumasının sədri Boris Qrızlov Türkiyə parlamentinin sədri Köksal Toptanı qəbul edib

Dövlət Dumasının sədri Boris Qrızlov Türkiyə parlamentinin sədri Köksal Toptanı qəbul edib
# 22 iyun 2009 12:48 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Bu gün Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovla Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın görüşü keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, görüşdə çıxış edən Boris Qrızlov Rusiya-Türkiyə münasibətlərinin intensiv inkişaf etdiyini bildirib: “Ən yüksək səviyyədə keçirilən dialoq, müxtəlif komitələri təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bunu təsdiqləyir. Rusiya həmçinin Türkiyə ilə müxtəlif çoxtərəfli formatlarda - ATƏT Parlament Assambleyası, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Rusiyanın Türkiyənin əsas iqtisadi tərəfdaşı olması ciddi iqtisadi əlaqələrdən xəbər verir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 33,8 milyard dolları ötüb. Ticarət dövriyyəsinin artmasında, xalq diplomatiyasında əsas rolu turizm oynayır. Hər il təqribən 3 milyon Rusiya vətəndaşı turist qismində Türkiyəyə səfər edir”. Boris Qrızlov tikinti sahəsində əməkdalığı da perspektivli saydığını bildirib və Türkiyə tikinti şirkətlərinin “Şeremetyevo-3” hava limanının, “Moskva-Siti”nin, Moskva və Surqutda istilik-elektrik stansiyalarının tikintisində iştirakını xatırladıb.

TBMM sədri Köksal Toptan da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “Rusiya bizim ilk Qərb tərəfdaşımızdır. Əməkdaşlığımzda energetika, tikinti və turizm prioritet sahələri təşkil edir. Ümidvaram ki, Rusiya parlamenti ilə əlaqələrimiz getdikcə möhkəmlənəcək. Təsadüfi deyil ki, ən böyük saylı parlamentlərarası dostluq qrupu Türkiyə-Rusiya qrupudur. Bu qrupda 39 millət vəkili təmsil olunur”. Köksal Toptan DÖvlət Dimasının sədrini Türkiyəyə rəsmi səfərə dəvət edib və bu dəvət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR