Bank Of Baku

Həkimlər Rusiya prezidentinə Yunusbek Yevkurovun durumunun ağır olduğunu deyiblər

Həkimlər Rusiya prezidentinə Yunusbek Yevkurovun durumunun ağır olduğunu deyiblər
# 23 iyun 2009 07:39 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev iyunun 22-də gecə İnquşetiya prezidenti Yunusbek Yevkurovun müalicə olunduğu A. V. Vişnevski adına Moskva Cərrahiyyə İnstitutunda olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Y. Yevkurov huşsuz vəziyyətdədir və süni nəfəsalma aparatına qoşulub. D. Medvedev institutun direktoru, akademik Vladimir Fyodorov, onun müavini Andrey Fyodorov və abdominal cərrahiyyə şöbəsinin müdiri Andrey Kreqerlə söhbət edib. V. Fyodorov Y. Yevkurovun sui-qəsd zamanı ağır yaralar aldığını, döş qəfəsinin, qaraciyərinin və kəllə sümüyünün zədələndiyini deyib: “Hadisə yerində ona maksimal tibbi yardım göstərilib və bizim yerli həkimlərə heç bir iradımız yoxdur. Ancaq Yevkurovun durumu ağır olaraq qalır”. D. Medvedev xəstənin itirdiyi qanın bərpa edilib-edilmədiyini soruşub. Akademik cavab verib ki, itirilən qan qismən bərpa edilib və proses davam edir. Ancaq onun fikrincə, hələlik az vaxt keçdiyinə görə qəti fikir söyləmək çətindir: “Müalicə tədbirlərinin effektivliyi haqda hökm vermək hələlik çətindir. Həkimlər əllərindən gələni edir və Yevkurovun müalicəsi ilə institutun 20 professoru məşğuldur”. D. Medvedev həkimlərdən Y. Yevkurovu ayağa qaldırmalarını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR