Bank Of Baku

Ukraynada prezident seçkilərinin vaxtı bəlli olub

Ukraynada prezident seçkilərinin vaxtı bəlli olub
# 23 iyun 2009 12:09 (UTC +04:00)
Bakı – APA. Ukrayna Ali Radası “Ukrayna prezidentinin növbəti seçkisinin təyin olunması haqqında” qərar qəbul edib. APA-nın “UNİAN”a istinadən yaydığı məlumata görə, zalda qeydiyyatdan keçən 442 millət vəkilindən 399-u qərarın lehinə səs verib. Qərara əsasən Ukraynada növbəti prezident seçkiləri 2010-cu il yanvarın 17-də (bazar günü) keçiriləcək.
Qeyd edək ki, indiki prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko, müxalifətdəki Regionlar Partiyasının lideri Viktor Yanukoviç, Ali Radanın sabiq sədri Arseni Yasenyuk prezidentliyə namizədliklərini irəli sürəcəklərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR