Bank Of Baku

İnquşetiya prezidentinə qardaşı öldürülmüş qadın sui-qəsd edib

İnquşetiya prezidentinə qardaşı öldürülmüş qadın sui-qəsd edib
# 23 iyun 2009 12:28 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, güc strukturlarındakı mənbə sui-qəsddə istifadə edilən minalanmış avtomobili İnquşetiyanın Malqobek kənd sakini Pyatimat Mutaliyeva adlı qadın idarə edib. Onun qardaşı Həsən Mutaliyev bu il fevralın 12-də Nazranda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada öldürülüb. Güc strukturlarındakı digər mənbə isə bildirib ki, kamikadze-terrorçunun cəsədinin yalnız fraqmenti qalıb və genetik ekspertizadan sonra dəqiq fikir söyləmək mümkün olacaq.

Maraqlıdır ki, Pyatimat Mutaliyeva bu il martın 26-da Orconikidze stanitsasında silahlılara qarşı keçirilən xüsusi əməliyyat zamanı həbs edilib. Ancaq P. Mutaliyeva və daha bir qadın əməllərində cinayət tərkibi olmadığına görə aprelin 10-da azadlığa buraxılıblar.

Xatırladaq ki, İnquşetiya prezidenti Yunusbek Yevkurov iyunun 22-də işə gedərkən sui-qəsdə məruz qalıb. Onun avtomobilinin hərəkət etdiyi yolda dayanmış “Toyota Camry” markalı avtomobil partladılıb. Nəticədə Y. Yevkurov və qardaşı ağır yaralanıblar, prezidentin sürücüsü və mühafizəçisi isə həlak olublar. “Toyota”nın Moskva şəhərindən oğurlandığı müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR