Bank Of Baku

Rusiyanın Ukraynadakı səfiri vəzifəsinə Mixail Zurabovun namizədliyi irəli sürülüb

Rusiyanın Ukraynadakı səfiri vəzifəsinə Mixail Zurabovun namizədliyi irəli sürülüb
# 24 iyun 2009 08:56 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Ukraynadakı səfiri vəzifəsinə prezidentin müşaviri, sabiq səhiyyə və sosial inkişaf naziri Mixail Zurabovun namizədliyi irəli sürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, təyinatla bağlı sənədlər Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqələr üzrə komitəsinə göndərilib. Komitənin sədri Aleksey Ostrovski məsələyə yaxın günlərdə baxılacağını və M. Zurabovun namizədliyinə razılıq veriləcəyini deyib. O, bəzi həmkarlarının M. Zurabovun səfir təyin olunmasına etirazlarını da şərh edib: “Mən hesab edirəm ki, cənab Zurabovun qapalı olması və ictimaiyyət qarşısında çox görünməməsi yeni səfir üçün ciddi üstünlükdür. Çünki bəzi səfirlərimizin açıq bəyanatları onların çalışdıqları ölkələrdə fəaliyyətlərini çətinləşdirib”. A. Ostrovskinin fikrincə, M. Zurabovun daha bir üstünlüyü onun Ukrayna biznes elitasını yaxından tanımasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR