Bank Of Baku

Gürcüstan prezidenti Mixail Saakaşvili Ermənistanda səfərdədir

Gürcüstan prezidenti Mixail Saakaşvili Ermənistanda səfərdədir
# 24 iyun 2009 14:42 (UTC +04:00)
İrəvan-APA. Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistana iki günlük rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra iki dövlət başçısının əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçiriləcək. Danışıqlar başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. Gürcüstan prezidentinin Ermənistanın baş naziri Tiqran Sərkisyanla da görüşü nəzərdə tutulur. Saakaşvilinin səfər proqramına qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət etmək, İrəvan Dövlət Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış etmək daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR