Bank Of Baku

İrəvanda Mixail Saakaşvilinin səfəri ilə bağlı etiraz aksiyası keçirilib

İrəvanda Mixail Saakaşvilinin səfəri ilə bağlı etiraz aksiyası keçirilib
# 24 iyun 2009 15:05 (UTC +04:00)
İrəvan-APA. “Mitk” analitik mərkəzi Gürcüstan prezidenti Mixail Saakaşvilinin səfəri ilə bağlı etiraz aksiyası keçirməyə cəhd edib. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, aksiya iştirakçıları səhər saatlarında Ermənistan prezidentinin iqamətgahı qarşısında plakatlar açmağa çalışsalar da, polis onları ərazidən uzaqlaşdırıb. “Mitk” analitik mərkəzi aksiya keçmək istəyini Mixail Saakaşvilinin Samtsxe-Cavaxetiyada ermənilərə qarşı sərt siyasət yürütməsi ilə əsaslandırıb. Onlar Ermənistan parlamentinin deputatı Şirak Torosyanın Gürcüstana buraxılmamasını yolverilməz sayıblar. Mərkəzin rəhbərliyi İrəvanın müxtəlif yerlərində aksiya keçirmək niyyətində olduqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR