Bank Of Baku

Ramzan Kadırov: “Yunusbek Yevkurovun qisası amansızlıqla alınacaq”

Ramzan Kadırov: “Yunusbek Yevkurovun qisası amansızlıqla alınacaq”
# 24 iyun 2009 15:21 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İnquşetiya prezidenti Yunusbek Yevkurova sui-qəsdlə bağlı təhqiqatı dağlı adətlərinə uyğun aparacaqlarını deyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, R. Kadırov İnquşetiya prezidentinin səlahiyyətlərini icra edən Rəşid Qaysanovla görüşündən sonra bildirib ki, Çeçenistan və İnquşetiya rəhbərliyinin aparacağı təhqiqat RF Daxili İşlər Nazirliyi və RF Prokurorluğu yanında İstintaq Komitəsinin apardığı təhqiqatdan fərqlənəcək: “Yunusbek Yevkurovun qisası amansızlıqla alınacaq”.

R. Kadırov Y. Yevkurovun durumunun ağır olduğunu, ancaq yaxşılaşma əlamətlərinin müşahidə edildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR