Bank Of Baku

Qazaxıstanda yeni müdafiə naziri təyin olunub

Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
# 24 iyun 2009 17:56 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Qazaxıstana yeni müdafiə naziri təyin olunub. APA-nın Qazaxıstan müxbirinin xəbərinə görə, prezident Nursultan Nazarbayev bu vəzifəyə Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri olmuş Adilbek Caxsıbekovu təyin edib. Xarici işlər nazirliyinin mətbuat xidmətindən APA-nın əməkdaşına verilən məlumata görə, A. Caksıbekov 2009-cu ilin mart ayında Qazaxıstana çağırılıb. Qeyd edək ki, iyunun 17-də Qazaxıstanın müdafiə naziri Daniel Ahmetov istefaya göndərilib. Ondan sonra müdafiə naziri vəzifəsini müvəqqəti olaraq Muxtar Altınbayev icra edib.
Qeyd edək ki, A. Caksıbekov 1996-cı ildə Qazaxıstan Senatının deputatı olub, 2004-cü ildən 2008-ci ilə qədər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR