Bank Of Baku

MDB Antiterror Mərkəzi: “Neft və qaz kəmərlərinə təhlükə var”

MDB Antiterror Mərkəzi: “Neft və qaz kəmərlərinə təhlükə var”
# 25 iyun 2009 08:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzi terrorçu təşkilatların neft-qaz kəmərlərinə marağının artdığını açıqlayıb. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu mərkəzin rəhbəri Andrey Novikov bəyan edib. O hesab edir ki, müxtəlif ölkələrin xüsusi xidmətləri kəmərlərin təhlükəsizliyini təmin etmək üçün səylərini birləşdirməlidir: “Avropa və MDB ölkələri üçün boruların və enerji sistemlərinin təhlükəsizliyi çox aktualdır”. A. Novikov 2003-cü ildə yanacaqdoldurma məntəqələrində bir sıra partlayışlar törədildiyini, 2008-ci ilin avqustunda Bakı-Tiflis-Ceyhan kəmərinin Türkiyədən keçən hissəsində partlayış olduğunu və 2007-ci ilin fevralında İnquşetiyada neft kəmərinin partladıldığını xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR