Bank Of Baku

Qırğızıstandakı ABŞ hərbi bazasının adı dəyişdirilib

Qırğızıstandakı ABŞ hərbi bazasının adı dəyişdirilib
# 25 iyun 2009 10:12 (UTC +04:00)
Bakı – APA. Qırğızıstan parlamenti “Manas” aviabazası əsasında “Tranzit daşımaları mərkəzi”nin yaradılmasına dair ABŞ-la imzalanmış müqaviləni ratifikasiya edib. APA-nın “24.kg” agentliyinə istinadən verdiyi məlumata görə, müqavilə 90 millət vəkilindən 75-i tərəfindən dəstəklənib, 7 nəfər bitərəf qalıb.

Xatırladaq ki, Qırğızıstanın “Manas” hava limanı ərazisində yaradılmış aviabaza 2001-ci ildən bəri ABŞ tərəfindən Əfqanıstandakı hərbi kampaniyaya dəstək məqsədilə istifadə edilir. Bu ilin əvvəlində Rusiyadan maliyyə yardımı alan Qırğızıstan hökuməti ABŞ bazasını bağlamaq qərarına gəlib. Bazanın bu yay başlanacağı gözlənilərkən iyunun 22-də tərəflər yeni müqavilə imzalayıblar. Baza “Tranzit daşımaları mərkəzi” adlandırılıb. Sənədə əsasən “Manas”ın bütün infrastrukturu yeni mərkəzə veriləcək. Mərkəzə enəcək ABŞ təyyarələri yerli hakimiyyət tərəfindən yoxlanılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR