Bank Of Baku

ATƏT-in Gürcüstandakı missiyası fəaliyyətini dayandırıb

ATƏT-in Gürcüstandakı missiyası fəaliyyətini dayandırıb
# 30 iyun 2009 12:21 (UTC +04:00)
Tiflis-APA. Gürcüstanda olan ATƏT müşahidəçiləri öz missiyalarını başa vurublar. APA-nın məlumatına görə, bu gündən etibarən Qori şəhəri yaxınlığında yerləşən, müşahidəçilərin yerləşdiyi baza fəaliyyətini dayandırıb. Missiyanın rəhbəri Terri Xakkala Gürcüstanı təəssüf hissi ilə tərk etdiklərini bildirib. Avropa İttifaqından olan müşahidəçilərin hələ də sərhədyanı bölgələrdə fəaliyyətini davam etdirdiyini xatırladan Xakkala bildirib ki, ATƏT müşahidəçiləri olmadan Aİ təmsilçilərinin monitorinq keçirməsi çox çətin olacaq. Bazanın bağlanması yerli sakinlərin də narazılığına səbəb olub, onlar müşahidə missiyasının fəaliyyətinin onlar üçün əlavə təhlükəsizlik elementi olduğunu vurğulayıblar. Qeyd edək ki, ATƏT-in Gürcüstandakı missiyası 90-cı illərdən fəaliyyətə başlayıb. Müharibəyə qədər onlar tanınmamış Cınubi Osetiya ərazisindən monitorinq keçirilər. Lakin avqust hadisələrindən sonra tanınmamış respublikanın rəhbərliyi ATƏT müşahidəçilərinin əraziyə daxil olmasına
imkan verməyiblər. Bu səbəbdən ATƏT missiyası yalnız Cənubi Osetiya ilə sərhədlərdə işləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR