Bank Of Baku

Kiyevdə Leninin heykəlini sındırıblar

Kiyevdə Leninin heykəlini sındırıblar
# 30 iyun 2009 12:27 (UTC +04:00)
Kiyev-APA Kiyevin Bessarabsk bazarı ilə üz-üzə meydanda ucaldılmış Leninin abidəsi dağıdılıb. APA-nın məlumatına görə, Ukrayna millətçiləri Konqresinin fəalı nərdivanın köməyi ilə abidəyə dırmaşıb və dahi rəhbərin başına çəkiclə bir neçə zərbə endirib. Nəticədə heykəlin bir qolu və sifəti nahiyəsinin bir hissəsi qırılıb. Heykələ hücum edən şəxslər polis tərəfindən saxlanıblar. Saxlanan şəxslərdən ikisi tələbə, ikisi işsiz, bir isə Kiyev supermarketlərindən birində gözətçi işləyən şəxsdir. Bu vandalizm aktı Ukrayna Üsyançı Ordusunun komandan Roman Şuxeviçin anadan olması münasibətilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR