Bank Of Baku

Dərbənddə milis şöbəsinə silahlı hücum olub

Dərbənddə milis şöbəsinə silahlı hücum olub
# 01 iyul 2009 08:20 (UTC +04:00)
Bakı – APA. Dağıstanın Dərbənd şəhərində milis şöbəsinə silahlı hücum olub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, iyunun 30-u gecəsi silahlılar şöbəni atəşə tutublar. Nəticədə 1 milis işçisi həlak olub, 2-si yaralanıb. İki saat sonra – hadisə yerində operativ-istintaq qrupu işləyərkən milis şöbəsinin qarşısındakı avtomobil partladılıb. Nəticədə azı 2 milis, 2 prokurorluq işçisi və 8 yerli sakin - 12 nəfər yaralanıb. “RİA Novosti” isə 2 milisin öldüyü haqda xəbər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR