Bank Of Baku

Rusiyada bu gündən mərc oyunları biznesinə qadağa qoyulub

Rusiyada bu gündən mərc oyunları biznesinə qadağa qoyulub
# 01 iyul 2009 08:42 (UTC +04:00)
Moskva-APA. Bu gündən etibarən Rusiya ərazisində mərc oyunları biznesinə qadağa qoyulması barədə federal qanun qüvvəyə minib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu gündən etibarən mərc oyunları biznesinə yalnız Primorye və Altay diyarlarında, Kalininqrad vilayətində, Krasnodar diyarının sərhədində və Rostov vilayətində icazə veriləcək. Ölkə ərazisində bu məhdudiyyət yalnız totalizatorlara (ippodrom) və idman pokerinə şamil edilməyəcək. Dünən gecə şəhər hakimiyyəti orqanları və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ qrup paytaxtdakı 513 qumar oyunları oynanılan yerə reyd keçiriblər. Onların hamısı bağlanıb, lakin 350 kazinonun sahibi öz avadanlıqlarını çıxarmağa macal tapmayıblar. Şəhər rəhbərliyi avadanlığın qumar oyunlarına icazə verilən ərazilərə köçürülməsi üçün kazino sahiblərinə vaxt verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR