Bank Of Baku

Radikal Ukrayna millətçilərinin lideri Dnepropetrovsk vilayətində ermənilərə hücumları dəstəkləyib

Radikal Ukrayna millətçilərinin lideri Dnepropetrovsk vilayətində ermənilərə hücumları dəstəkləyib
# 02 iyul 2009 09:56 (UTC +04:00)
Bakı – APA. “Azadlıq” Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibok Dnepropetrovsk vilayətinin Marqanets şəhərində ermənilərə hücumları dəstəkləyib. APA-nın “Korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, O. Tyaqnibok olayları Zaporojye kazaklarının ən yaxşı ənənələrinin dirçəlişi kimi qiymətləndirib. O, Marqanetsdə baş verənlərin ölkənin başqa yerlərində təkrarlana biləcəyini deyib. Çünki miqrantlarla yerli əhali arasında mental, sosial və mədəni fərqlər millətlərarası gərginliyin artmasına səbəb olur. Marqanetsdə yerli camaatla erməni diasporunun nümayəndələri arasında münaqişəyə gəldikdə isə, O. Tyaqnibok hesab edir ki, ukraynalıların reaksiyası həm çağırılmamış qonaqlar, həm də yerli hakimiyyət üçün sürpriz olub. Belə ki, yerli hakimiyyətin himayəsi altındakı ermənilər uzun illər özlərini şəhərin sahibi kimi aparıblar və yerli əhaliyə yuxarıdan aşağı baxıblar.

Qeyd edək ki, iyunun 28-də Dnepropetrovsk vilayətinin Marqanets şəhərindəki kafelərin birində ukraynalılarla ermənilər arasında baş verən dava-dalaşı əngəlləməyə çalışan milis əməkdaşı Sergey Bondarenko aldığı bıçaq yaralarından ölüb. Yaralıların aparıldığı yerli xəstəxananın binası önündə qarşıdurma bərpa olunub. Ukraynalılar ermənilərə məxsus avtomobilləri əzməyə başlayıblar. Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlı dəstəsi şəhərə yeridilib. Şəhərdə atəş səsləri eşidilib. Milis əməkdaşını qətlə yetirən erməni yaxalanıb.

Qeyd edək ki, “Azadlıq” Ümumukrayna Birliyi Ukraynada Rusiya əleyhinə ən kəskin mövqe tutan siyasi qüvvədir. Ölkənin qərbində ciddi nüfuza malik hərəkatın lideri Oleq Tyaqnibok daha əvvəl millət vəkili olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR