Bank Of Baku

Bu gün Gürcüstanda milli imtahanlar keçirilir

Bu gün Gürcüstanda milli imtahanlar keçirilir
# 02 iyul 2009 11:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın ali məktəblərində gürcü dili və ədəbiyyatından milli imtahanlar keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, imtahanlar ölkənin 12 şəhərində təşkil edilmiş 14 imtahan mərkəzində başlanıb. İmtahanlarda 28. 948 nəfər abituriyent iştirak edir. Onlardan 27.604 nəfəri tələbə adını daşıyacaq, 25.054 nəfəri bakalavr sistemində oxuyacaq, 2.057 nəfəri isə yüksək professional proqramlı ali təhsil ocaqlarında təhsil alacaqlar. Milli imtahanlar Gürcüstanın Telavi, Rustavi, Tiflis, Qori, Kutaisi, Poti, Batumi və digər şəhərlərində həyata keçirilir. İmtahanların gedişi zamanı 30 təhlükəsizlik briqadası təşkil edilib, hər imtahan mərkəzində isə tibb məntəqələri, təcili yardım briqadası yaradılıb. Qeyd edək ki, milli imtahanların gedişinə şəxsən Gürcüstanın Təhsil və Elm naziri Nika Qvaramiya nəzarət edir. Milli imtahanlarda keçən ildən qeydiyyatdan keçmiş 8 nəfər azərbaycanlı abituriyent də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR