Bank Of Baku

Rusiya Prokurorluğu Mixail Saakaşvilinin Cənubi Osetiyaya hücum barədə əmr verdiyinə dair dəlil tapa bilməyib

Rusiya Prokurorluğu Mixail Saakaşvilinin Cənubi Osetiyaya hücum barədə əmr verdiyinə dair dəlil tapa bilməyib
# 03 iyul 2009 14:00 (UTC +04:00)
Bakı – APA. “İstintaq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Cənubi Osetiyaya hərbi təcavüz barədə əmr verdiyinə dair dəlil tapa bilməyib. Amma belə bir dəlil tapa biləcəyimizə ümid edirik”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prokurorluğu İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib. O, ötən ilin avqustunda Cənubi Osetiyada dinc sakinlərin qətli və soyqırıma məruz qalmasını sübut edən materialların toplandığını açıqlayıb: “Gürcüstan ordusunun hərbi rəisləri, komandirləri və hərbçilərinin törətdiyi cinayətlər sənədlərlə sübut olunub. Aydındır ki, Gürcüstan ordusunun generalları hərbi əməliyyatın başlanması barədə əmrləri Ali Baş Komandanın göstərişi olmadan verə bilməzdilər”.

Qeyd edək ki, Rusiya Prokurorluğunun İstintaq Komitəsi iş üzrə 5315 nəfəri zərərçəkmiş kimi tanıyıb. Müstəntiqlər hadisə yerinə min dəfədən çox baxış keçiriblər, minlərlə şahidi dindiriblər, 928 ekspertiza aparıblar və 30 mindən çox predmeti əşyayi-dəlil kimi tanıyıblar. A. Bastrıkinin sözlərinə görə, materiallar beynəlxalq məhkəmə-istintaq praktikasının tələblərinə uyğundur və istənilən beynəlxalq məhkəmədə istifadə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR