Bank Of Baku

ABŞ prezidentinin Rusiyaya səfəri başlayır

ABŞ prezidentinin Rusiyaya səfəri başlayır
# 06 iyul 2009 07:35 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama Rusiyaya rəsmi səfərə yola düşüb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Merilend ştatındakı “Endrüs” aviabazasından havaya qalxan prezident təyyarəsi bu gün Moskva vaxtı ilə saat 13.20-də Rusiya paytaxtının “Vnukovo-2” hava limanına enəcək. B. Obamanın səfəri ilə əlaqədar Moskvanın hava məkanı uçuşsuz sona elan olunub, şəhər ətrafındakı aerodromlarda onlarla qırıcı təyyarə üçün hərbi növbətçilik tətbiq edilib. Qonağın və ailəsinin hansı oteldə qalacağı açıqlanmır. Səfər zamanı ikitərəfli və beynəlxalq münasibətlərlə bağlı geniş spektrli məsələlər, xüsusən strateji hücum silahlarının ixtisarına dair yeni müqavilənin imzalanması məsələsi müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR