Bank Of Baku

Kremldə Dmitri Medvedevlə Barak Obama arasında görüş keçirilib

Kremldə Dmitri Medvedevlə Barak Obama arasında görüş keçirilib
# 06 iyul 2009 15:21 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev dar çərçivədə keçirilən görüşün əvvəlində bildirib ki, strateji hücum silahlarının ixtisarı və dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri də daxil olmaqla, ABŞ və Rusiyanın vacib qərarlar qəbul etməyə hər cür şansı var: “Biz ümid edirik ki, bu gün və sabah aparacağımız işlər nəticəsində Rusiya-ABŞ münasibətləri tarixində bir sıra mürəkkəb problemləri qapadıb yeni səhifə aça biləcəyik”.

Görüşdən sonra açıqlama verən B. Obama danışıqlardan razı qaldığını və müzakirə olunan məsələlər üzrə irəliləyişə əmin olduğunu deyib. D. Medvedev də boşuna vaxt itirmədiklərini söyləyib: “İkitərəfli və beynəlxalq məsələlərin müzakirəsini geniş tərkibli danışıqlarda davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR