Bank Of Baku

Rusiya və ABŞ strateji hücum silahlarını təxminən iki dəfə ixtisar etmək barədə razılığı gəliblər

Rusiya və ABŞ strateji hücum silahlarını təxminən iki dəfə ixtisar etmək barədə razılığı gəliblər
# 07 iyul 2009 10:12 (UTC +04:00)
Bakı – APA. Rusiya və ABŞ prezidentləri Dmitri Medvedevlə Barak Obama Moskvada strateji hücum silahları ilə bağlı çərçivə sazişi imzalayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hüquqi öhdəliklər daşımayan siyasi xarakterli sənəddə 1991-ci ildə imzalanmış və müddəti bitmiş müqavilənin əvəzinə imzalanacaq yeni müqavilənin istiqamətləri göstərilib. Rusiya və ABŞ nüvə daşıyıcılarının və başlıqlarının sayını təxminən iki dəfə azaltmaq niyyətindədir. “Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında birgə anlayış” adlanan sənəddə bildirilir ki, tərəflər öz strateji və hücum silahlarını elə səviyyəyə qədər ixtisar edəcək və məhdudlaşdıracaq ki, müqavilənin qüvvəyə minməsindən 7 il sonra strateji daşıyıcıların sayı 500-1100 ədəd, onlara bağlı döyüş vasitələrinin sayı isə 1500-1675 ədəd civarında olsun. Prezidentlər danışıqları aparan ekspertlərə yeni müqavilənin hazırlanması işini yaxın vaxtlarda başa çatdırmağı tapşırıblar. Konkret rəqəmlər danışıqlar prosesində müəyyənləşəcək. Müqavilədə qitələrarası ballistik raketlərin və sualtı qayıqlarda nüvə başlığı daşımayan ballistik raketlərin strateji sabitliyə təsiri məsələsi də əksini tapacaq.

İki ölkə silahlı qüvvələri arasında əməkdaşlığın inkişafına dair çərçivə sənədi də imzalanıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov gələcəkdə hər iki ölkə hərbçilərinin birgə təlimlərinin planlaşdırıldığını açıqlayıb. Rusiya və ABŞ arasında Əfqanıstana hərbi yüklərin tranzitinə dair razılaşma da imzalanıb. Söhbət Rusiya ərazisindən hava yolu ilə Əfqanıstana yük daşınmasından gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR