Bank Of Baku

Barak Obama: “Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərilməlidir”

Barak Obama: “Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərilməlidir”
# 07 iyul 2009 10:24 (UTC +04:00)
Bakı – APA. “Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərilməlidir”. APA-nın “RİA Noivosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında deyib. O, iki ölkə arasında fikir ayrılığı yaradan məsələləri D. Medvedevlə müzakirə etdiyini bildirib: “Biz Gürcüstan məsələsinə də toxunduq. Mən Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərilməsi yönündə əminliyimizi təsdiqlədim. Biz Gürcüstanın indiki sərhədlərini qəbul etmirik və hərbi münaqişə də istəmirik. Bütün bu məsələlər həllini tapmalıdır. Prezident Medvedevlə mən rəqabəti bir kənara qoyaraq irəli addımlamaq istəyirik”.

Xatırladaq ki, Rusiya Gürcüstanın separatçı respublikaları Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR