Bank Of Baku

Bu gün Tiflisdə “Gürcüstanın Avropa yolu” adlı VI Beynəlxalq konfrans keçiriləcək

Bu gün Tiflisdə “Gürcüstanın Avropa yolu” adlı VI Beynəlxalq konfrans keçiriləcək
# 11 fevral 2010 22:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün, fevralın 12-də Tiflisin «Redisson İveriya» mehmanxanasında «Gürcüstanın Avropa yolu» adlı VI Beynəlxalq konfrans keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda Gürcüstanın Avropa strukturlarına inteqrasiya yolunda qazandığı uğurlar, Rusiya-Gürcüstan müharibəsinin izləri və ölkədəki demokratik və iqtisadi islahatlar müzakirə olunacaq. Konfransın işində Gürcüstanın icraedici və qanunverici hakimiyyətlərinin, Avropa İttifaqı institutlarının, Gürcüstanda akkreditə edilmiş diplomatik korpusun, QHT-lərin, akademik dairələrin nümayəndələri və media mənsubları iştirak edəcəklər.

Konfrans Gürcüstan Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət nazirliyinin aparatı və “İBF İnternational Consultinq”in təşkilatçılığı ilə həyata keçiriləcək.

Tədbiri Avropa İttifaqı maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR