Bank Of Baku

Proton-M raketi İntelsat-16 peykilə birlikdə kosmosa uçub

Proton-M raketi İntelsat-16 peykilə birlikdə kosmosa uçub
# 12 fevral 2010 02:39 (UTC +04:00)
Bakı – APA. Rusiya Proton – M raketini ABŞ-a məxsus İntelsat-16 peykilə birlikdə kosmosa göndərib. Bu haqda xəbəri Rusiya kosmik agentliyinə istinadən APA yayıb.

Baykonur kosmodromundan start götürən bu raketin uçuşu Rusiyanın bu il ilk kommersiya uçuşudur.

Qeyd edək ki, İntelsat-16 peyki Orbit elmləri korporasiyası tərəfindən dünyanın aparıcı peyk xidmətlərini təklif edən İntelsat LTD. üçün işlənib hazırlanıb. Kosmosa göndərilən bu peykin üzərində 24 daşıyıcı var və onlar Braziliya və Meksika tamaşaçılarına telekommunikasiya xidməti göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR