Bank Of Baku

Mixail Saakaşvili Viktor Yanukoviçi təbrik edib

Mixail Saakaşvili Viktor Yanukoviçi təbrik edib
# 12 fevral 2010 07:36 (UTC +04:00)
Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Ukrayna Regionlar Partiyasının lideri Viktor Yanukoviçə telefon açaraq onu təbrik edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili V. Yanukoviçin bu yüksək postda uğurla çalışacağına inandığını deyib: “Ukraynada seçkilər azad və demokratik keçirilib. Bu, bir daha təsdiqlədi ki, Ukrayna demokratik azadlıqlar və dəyərlərin möhkəmlənməsi istiqamətində irəliləyir”. V. Yanukoviç isə təbrikə və xoş arzulara görə Gürcüstan prezidentinə təşəkkür edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi, Polşa prezidenti Lex Kaçinski, Almaniya prezidenti Horst Köler və Avropa Birliyinin prezidenti German Van Rompay da V. Yanukoviçə təbrik ünvanlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR