Bank Of Baku

Ermənistan prezidenti Böyük Britaniya baş nazirinin qəbuluna düşə bilməyib

Ermənistan prezidenti Böyük Britaniya baş nazirinin qəbuluna düşə bilməyib
# 12 fevral 2010 15:27 (UTC +04:00)
APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, S. Sarkisyanı Londonun hava limanında Ermənistanın Böyük Britaniyadakı səfiri və Erməni Apostol Kilsəsinin nümayəndəsi qarşılayıb. Səfər zamanı o, baş nazir Qordon Braun tərəfindən qəbul edilməyib.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu cür soyuq qəbulun təşkilatçıların günahı üzündən baş verdiyini deyib. O bildirib ki, dəvət edən tərəf S. Sarkisyanın Q. Braunla görüşünü təşkil etməyi bacarmayıb: “Bu səfərin rəsmi, yaxud işgüzar xarakter daşıması önəmli deyil. Baş nazirlə heç olmasa, telefon danışığı təşkil edilməliydi. Mən hələ aeroportdakı qarşılamanı demirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR