Bank Of Baku

Timoşenkonun istefasından sonra ona qarşı cinayət işi açıla bilər

Timoşenkonun istefasından sonra ona qarşı cinayət işi açıla bilər
# 13 fevral 2010 03:48 (UTC +04:00)
Bakı-APA. Ukraynanın hazırkı hökumətinin istefasından sonra baş nazir Yuliya Timoşenkoya qarşı dövlət vəsaitlərinin israfçılıqla istifadəsi maddəsi ilə cinayət işi açıla bilər.

APA-nın «RBK-Ukraina»-ya istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir postuna namizədlərdən biri, Regionlar Partiyası fraksiyasının sədr müavini Nikolay Azarov bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən vəsaitlərin israfçılıqla xərclənməsi faktlarını daxili İşlər Nazirliyi araşdıracaq: «Bununla bağlı qərar verənlərin hamısı məsuliyyət daşıyacaqlar ki, hazırkı baş nazir müxalifətdə olanda müxalif fəaliyyətinə görə təqib olduğunu bildirməsin».

Bununla yanaşı Azarov bildirib ki, cinayət işinin açılması hüququ prokurorluğa məxsusdur: «Ona görə də, bizim işimiz faktları aşkara çıxarmaqdır, müvafiq qiyməti isə prokurorluq verəcək»
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR