Bank Of Baku

Viktor Yanukoviç: “Ukrayna-NATO münasibətləri bundan irəli getməyəcək”

Viktor Yanukoviç: “Ukrayna-NATO münasibətləri bundan irəli getməyəcək”
# 13 fevral 2010 07:19 (UTC +04:00)
Kiyev-APA. Ukraynada keçirilmiş prezident seçkilərində qalib gələn Regionlar Partiyasının lideri Viktor Yanukoviç Sevastopolda Qara dəniz donanmasının saxlanmasına dair Rusiya-Ukrayna sazişinin müddətini uzadacağını istisna etməyib. APA-nın məlumatına görə, “Vesti nedeli” proqramında çıxış edən Viktor Yanukoviç bildirib ki, Moksva ilə Kiyev arasında münasibətləri əvvəlki dostluq səviyyəsinə qaldırmaq niyyətindədir. O həmçinin Rusiya prezidentinin irəli sürdüyü Kollektiv Avropa Təhlükəsizliyi konsepsiyasının hazırlanmasında Ukraynanın da iştirak edə biləcəyi ehtimalını irəli sürüb. Yeni prezident bildirib ki, bu məsələ Rusiyanın maraqlarını zərbə altında qoymayacaq səviyyədə və Ukraynanın milli maraqları nəzərə alınmaqla həllini tapacaq. Viktor Yanukoviçin daha bir bəyanatı Ukrayna-NATO münasibətləri ilə əlaqədar olub. O bildirib ki, NATO-Ukrayna münasibətləri formatını genişləndirmək niyyətində deyil, ölkəsinin NATO-ya üzvlüyü isə ümumxalq referendumu yolu ilə həll olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR