Bank Of Baku

İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı 14 dinc sakin həlak olub

İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı 14 dinc sakin həlak olub
# 13 fevral 2010 18:05 (UTC +04:00)
“Moskovskiy komsomolets” qəzeti isə əməliyyat zamanı 14 nəfərin həlak olduğu barədə xəbər yayıb.

Arştı və Datıx kəndləri ətrafında xüsusi əməliyyat fevralın 11-də keçirilib. Hökumət qüvvələri əməliyyat nəticəsində 18 yaraqlının məhv edildiyini bildiriblər. Yaraqlılarından 7-nin kimliyi müəyyənləşdirilib. Onların çeçen yaraqlılarının lideri Doku Umarovun dəstəsinin üzvləri olduğu barədə məlumatlar var. Əməliyyat keçirilən gün yerli sakinlər arasında itki olduğu barədə informasiya verilməyib .

Qəzet yazır ki, bu əməliyyat federal qüvvələrin Şimali Qafqazda son vaxtlar həyata keçirdiyi əməliyyatlar arasında ən uğursuzlardan hesab olunur. Məlumata görə, federal qüvvələrin “Mi-24” təyyarələrinin yaraqlılara hücumu zamanı dağlarda sarımsaq və çöl soğanı toplayan 14 dinc sakin həlak olub. Qəzet onu da yazır ki, əməliyyat keçirilən zaman ərazidə 150-yə yaxın yerli sakin olub, onların hamısı sonradan saxlanılıb və dindirilib.

Rəsmi məlumata görə isə, xüsusi əməliyyat keçirilən zaman ərazidə 70 yerli sakin olub və onların əksəriyyəti evakuasiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR