Bank Of Baku

Ukraynada keçirilmiş prezident seçkisinin rəsmi nəticələri fevralın 16-dan tez elan olunmayacaq

Ukraynada keçirilmiş prezident seçkisinin rəsmi nəticələri fevralın 16-dan tez elan olunmayacaq
# 13 fevral 2010 18:32 (UTC +04:00)
Bakı – APA. Ukraynada keçirilmiş prezident seçkisinin rəsmi nəticələri fevralın 16-dan tez açıqlanmayacaq. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Andrey Maqera bildirib.

Qeydə edək ki, bir qədər əvvəl rəsmi nəticələrin açıqlanması üçün son müddət kimi fevralın 17-si göstərilmişdi.

A. Maqeranın sözlərinə görə, dairə seçki komissiyalarından sonuncu protokol MSK-ya fevralın 13-də daxil olub.

Qeyd edək ki, ilkin nəticələrə görə, prezident seçkisində Regionlar Partiyasının lideri Viktor Yanukoviç qalib gəlib. O, 48,95 faiz səs toplayıb. Hazırkı baş nazir Yuliya Timoşenko isə seçicilərin 45,47 faizinin səsini qazana bilib.

Onu da əlavə edək ki, artıq bir sıra dövlət başçısı, o cümlədən ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili qələbə münasibətilə V. Yanukoviçi təbrik edib.

Xatırladaq ki, Ukraynada prezident seçkisinin ikinci turu fevralın 7-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR