Bank Of Baku

Ukrayna MSK Viktor Yanukoviçin qələbəsini rəsmən elan edib

Ukrayna MSK Viktor Yanukoviçin qələbəsini rəsmən elan edib
# 14 fevral 2010 16:12 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu il fevralın 7-də Ukraynada keçirilmiş prezident seçkilərinin ikinci turunda Yanukoviç 12 milyon 451 min 266 seçicinin səsini alıb. Onun rəqibi olan baş nazir Yuliya Timoşenko isə 11 milyon 593 min 357 seçicinin səsini ala bilib.

Beləliklə, Yanukoviç ümumilikdə 48,95% seçici səsi, Timoşenko isə 45,47% səs toplayıb.

Seçicilərin 4,36%-i isə hər iki namizədin əleyhinə səs verib.

Bu nəticələrə görə, Ukrayna MSK rəsmi olaraq Viktor Yanukoviçin prezident seçkilərinin qalibi olduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR