Bank Of Baku

Ukraynanın büdcəsində Yanukoviçin inauqurasiyasına vəsait tapılmır

Ukraynanın büdcəsində Yanukoviçin inauqurasiyasına vəsait tapılmır
# 16 fevral 2010 04:31 (UTC +04:00)
Bakı-APA. Ukrayna Ali Radasının Fraksiyalar Şurası yeni seçilmiş prezident Viktor Yanukoviçin fevralın 25-nə təyin olunub, lakin bu tədbirin keçirilməsi üçün dövlət büdcəsində kifayət qədər vəsait yoxdur. APA-nın məlumatına görə, bu barədə "Delo" qəzetində yazı dərc olunub.

Vesti.kz saytının məlumatına görə, Ali radanın büdcə Komitəsinin sədr müavini Oleq Lyaşko bildirib ki, ölkədə 2010-cu ilin büdcəsi hələ qəbul olunmayıb. Hazırda Ukrayna ötən ilin sənədləri əsasında yaşayır, ötən ilin maliyyə planında seçkilər nəzərə alınmayıb.

Andiçmə mərasiminin Ali Rada və yaxud da Prezident yanında işlər idarəsi tərəfindən maliyyələşdiriləcəyi ehtimal olunur. Lakin Radanın podratçılara, məhkəmə instansiyalarına və digər təşkilatlara 30 milyon qriven (3,7 milyon dollar) borcu olduğu barədə xəbər yayılıb.

Qeyd edək ki, 2005-ci ildə Viktor Yuşenkonun inauqurasiyasına 4,3 milyon qriven (yarım milyon dollar) vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR