Bank Of Baku

Viktor Yuşşenko yeni prezidentin andiçmə mərasiminə qatılmayacaq

Viktor Yuşşenko yeni prezidentin andiçmə mərasiminə qatılmayacaq
# 16 fevral 2010 13:05 (UTC +04:00)
Bakı – APA. Ukraynada prezident kreslosunu təhvil verməyə hazırlaşan Viktor Yuşşenko yeni prezident Viktor Yanikoviçin andiçmə mərasiminə qatılmayacağını bəyan edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, vida xarakterli mətbuat konfransı keçirən V. Yuşşenko bildirib ki, V. Yanukoviçin andiçmə mərasimində iştirakı planlaşdırmır. Lakin o, inauqurasiyadan sonra V. Yanukoviçlə görüşərək vəzifədən gedən insanların həyata keçirdiyi formal prosedurları həyata keçirmək istədiyini də söyləyib: “İş yerində normal ünsiyyət, mənim üçün əziz olan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq olar. Bu görüş ölkədə yeni prezidentin fəaliyyətə başladığını nümayiş etdirərdi”.

V. Yuşşenko V. Yanukoviçə bütün Ukraynanın prezidenti olmağı tövsiyə edib. O, ilk dəfə olaraq prezidentin seçkidə çoxluğun dəstəyini ala bilmədiyinə diqqət çəkib: “Mən Viktor Fyodoroviçin yalnız Donbassın, onu dəstəkləmiş 7 vilayətin prezidenti olmasını istəmirəm. İstəyirəm ki, Viktor Fyodoroviç yeni statusunda millətin birliyinə nail olmaq missiyasının məsuliyyətini hiss etsin”.

V. Yuşşenko siyasətə nifrət etsə də, siyasətdə qalacağını açıqlayıb: “Mən sizə siyasətdən nifrət etdiyimi söyləmişdim. Sonra köməkçilərim mənə dedilər ki, bu, düzgün ifadə deyil. Lakin mən yenidən bu fikri təkrarlayıram – siyasətə nifrət edirəm. Onu da anlayıram ki, siyasətsiz dövlətə xeyir vermək mümkün deyil. Bu, insana acı verir. Mən Ukrayna siyasətçilərini çox yaxşı tanıyıram və vaxtımın çox hissəsini onlarla birlikdə keçirmək istəməzdim. Çünki bu, boş işdir. Şübhəsiz ki, mən öz siyasi qüvvəmi yerli orqanlara keçiriləcək seçkilərə və parlament seçkilərinə aparacağam“.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR