Bank Of Baku

Viktor Yuşşenko: “Mənim ən böyük səhvim Yuliya Timoşenkodur”

Viktor Yuşşenko: “Mənim ən böyük səhvim Yuliya Timoşenkodur”
# 16 fevral 2010 14:43 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti postunda son günlərinin keçirən Viktor Yuşşenko prezidentliyi dövründə ən böyük səhvinin Yuliya Timoşenko ilə əməkdaşlıq olduğunu bəyan edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, vida xarakterli mətbuat konfransı keçirən V. Yuşşenko mövcud baş nazirin neçə illərdir islahat aparmadığını bildirib: “Boz tarla siçanı ilə Miki Maus arasındakı fərqi bilirsinizmi? Piar!”

V. Yuşşenko seçkilərin ikinci turunda namizədlərdən heç birinə dəstək verməməsinin V. Yanukoviçin qələbəsinə gətirib çıxardığı ilə bağlı ittihamları da cavablandırıb: “Ondan başlayaq ki, mən Yanukoviçə səs verməmişəm. Ona görə də bu seçimə görə məsuliyyət daşıya bilmərəm. Mən birinci tur ərəfəsində xalqa iki yüz dəfə xəbərdarlıq etmişdim. Mənim üçün Timoşenko və Yanukoviç arasında fərq yoxdur. Əgər siz ona səs vermisinizsə, bu sizin seçiminiz, sizin röyanız, sizin məsuliyyətinizdir. Ya da ona səs verən milyonların. Əgər siz mənim bir prezident kimi qanuni, demokratik prosesi təmin etməyim nəticəsində Yanukoviçin prezident seçildiyini nəzərdə tutursunuzsa, mən bununla fəxr edirəm. Xalqımız beş ilik fasilə götürmək istədi. Qoy olsun. Lakin bu, o demək deyil ki, biz azadlıq və demokratiya dəyərlərimizi unutmuşuq və meydan hərəkatının idealları gözdən düşüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR