Bank Of Baku

Netanyahu: İsrail Gürcüstana silah satışını bərpa etməyib

Netanyahu: İsrail Gürcüstana silah satışını bərpa etməyib
# 16 fevral 2010 17:58 (UTC +04:00)
Bakı-APA. Moskvada səfərdə olan İsrail baş naziri Binyamin Netanyahu, ölkəsinin Gürcüstana silah satışını bərpa etdiyi barədə xəbərləri təkzib edib.

Baş nazir Kiprdə qeydiyyata alınmış İsrailin «Ropadia» şirkətinin Gürcüstana atıcı silahı satmaq istəməsi barədə xəbərin həqiqətə uyğun olmadığını bildirib.

«Silah satışı məsələsində biz həmişə bütün tərəflərin narahatlığını nəzərə almağa çalışırıq. Rusiyadan da bizim təhlükəsizliyimizə aid məsələlərdə eyni həssaslığı göstərməyi xahiş edirik», deyən Netanyahu Rusiyanın İran və Suriyaya S-300 komplekslərini satmaq istəyinə də toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR