Bank Of Baku

Ukrayna Ali İnzibati Məhkəməsi Viktor Yanukoviçin qalib elan olunması haqqında MSK qərarının icrasını dayandırıb

Ukrayna Ali İnzibati Məhkəməsi Viktor Yanukoviçin qalib elan olunması haqqında MSK qərarının icrasını dayandırıb
# 17 fevral 2010 12:26 (UTC +04:00)
APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, qərar baş nazir, prezidentliyə namizəd Yuliya Timoşenkonun vəkillərinin iddiası əsasında qəbul edilib. Lakin V. Yanukoviçin Ali Radanın təntənəli iclasında and içməsinin qadağan olunması barədə vəkillərin tələbi təmin olunmayıb. Məhkəmə bu qənaətə gəlib ki, V. Yanukoviç iş üzrə cavabdeh deyil, bu səbəblə onun hər hansı fəaliyyətinə qadağa qoyula bilməz.

Qeyd edək ki, Y. Timoşenkonun vəkilləri prezident seçkilərinin nəticələrinin ləğvi və 2-ci turun təkrarlanması tələbi ilə qaldırdıqları iddiaya mahiyyəti üzrə baxılanadək inauqurasiyanın dayandırılmasını istəmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR