Bank Of Baku

Mixail Saakaşvili Rusiyada arzuolunmaz şəxs elan edilib

Mixail Saakaşvili Rusiyada arzuolunmaz şəxs elan edilib
# 17 fevral 2010 13:21 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Moskvada Gürcüstanın separatçı bölgəsi Abxaziyanın “prezidenti” Sergey Baqapşla birgə mətbuat konfransı keçirən D. Medvedev bildirib ki, tez və ya gec Gürcüstanla Rusiya arasında normal, hərtərəfli münasibətlər bərpa olunacaq: “Biz hər zaman gürcü xalqına qarşı dostluq duyğuları bəsləmişik və bundan sonra da belə olacaq. Hətta 2008-ci il müharibəsi bu münasibətləri korlaya bilməyəcək. Lakin şəxsən mən Gürcüstanın indiki prezidenti ilə hər hansı iş görmək fikrində deyiləm. O, Rusiya Federasiyası üçün persona non-qratadır”.

D. Medvedev növbəti dəfə Saakaşvili rejimini insanların ölümündə ittiham edib: “Heç şübhəsiz ki, bu, cinayətdir və müvafiq hüquqi qiymətini almalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR