Bank Of Baku

Rusiya Daxili İşlər Nazirliyinin 15 generalı istefaya göndərilib

Rusiya Daxili İşlər Nazirliyinin 15 generalı istefaya göndərilib
# 18 fevral 2010 16:51 (UTC +04:00)
Moskva-APA. Rusiya prezidenti Dmitri Medvedyev Daxili İşlər Nazirliyinin yüksək vəzifəli 15 generalını istefaya göndərmək barədə sərəncam imzalayıb. APA-nın “RİA-Novosti”yə istinadən yaydığı məlumata görə, istefaya göndərilən generallar arasında daxili işlər nazirinin müavini Arkadi Edelev və stats-katib Nikolay Ovçinnikov da var. Bundan başqa Tomsk vilayəti daxili işlər idarəsinin rəisi Viktor Qreçman, Tuvanın daxili işlər naziri Viktor Lesnyak, Buryatiyanın daxili işlər naziri Viktor Syusyura, Qaraçay-Çərkəz Respublikasının daxili işlər naziri Nikolay Osyak, Krasnodar vilayəti daxili işlər nazirinin müavini Boris Martınov da işdən azad olunublar. İşdən azad olunan generalların hamısının adı korrupsiya əməllərində hallanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR