Bank Of Baku

Sergey Lavrov və Kanat Saudabayev Xəzərin hüquqi statusunu müzakirə edəcəklər

Sergey Lavrov və Kanat Saudabayev Xəzərin hüquqi statusunu müzakirə edəcəklər
# 19 fevral 2010 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya və Qazaxıstanın xarici işlər nazirləri Sergey Lavrov və Kanat Saudabayev Xəzərin hüquqi statusu məsələsini müzakirə edəcəklər. APA-nın Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, S. Lavrov fevralın 21-22-də Qazaxıstanda işgüzar səfərdə olacaq. Rusiya XİN-in rəsmisi Andrey Nesterenko bildirib ki, S. Lavrov Qazaxıstan prezidenti Nursultan Nazarbayev və dövlət katibi, xarici işlər naziri Kanat Saudabayevlə görüşəcək. Görüşlərdə beynəlxalq arenada iki ölkənin əməkdaşlığı, Qazaxıstanın ATƏT-də, Rusiyanın MDB-də sədrliyi ilə bağlı məsələlər müzakirə ediləcək. Danışıqlarda həmçinin ikitərəfli münasibətlər, təhlükəsizlik məsələləri, Xəzərin hüquqi statusu, transmilli çaylardan səmərəli istifadə məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR